Kəlbəcərdə həlak olan jurnalistin nəşi Bakıdakı evlərinə gətirilib - FOTO - VİDEO - YENİLƏNİB

Kəlbəcərdə həlak olan jurnalistin nəşi Bakıdakı evlərinə gətirilib - FOTO  - VİDEO  - YENİLƏNİB
# 05 iyun 2021 04:02 (UTC +04:00)

Xəbərə video əlavə edilib.

***

01:21

Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimovun nəşi Bakıya gətirilib.

APA xəbər verir ki, onun nəşi yaşadığı evə aparılıb.

Mərhumun cənazəsini yaxınları və qonşularından ibarət böyük izdiham qarşılayıb.

Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimovun APA-ya verdiyi məlumata görə, M.İbrahimov sabah saat 11:00-da Müşfiqabad qəsəbəsində ata və anasının dəfn olduğu qəbiristanlıqda dəfn ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR