Kəmaləddin Heydərov Yevgeni Ziniçevlə vida mərasimində iştirak edib

Kəmaləddin Heydərov Rusiyanın fövqəladə hallar naziri ilə vida mərasimində iştirak edib

© APA | Kəmaləddin Heydərov Rusiyanın fövqəladə hallar naziri ilə vida mərasimində iştirak edib

# 10 sentyabr 2021 15:03 (UTC +04:00)

Bu gün Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva şəhərində yerləşən Böhran Vəziyyətlərində Milli İdarəetmə Mərkəzinin inzibati binasında sentyabrın 8-də faciəli şəkildə həlak olmuş Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri ordu generalı Yevgeni Ziniçevlə vida mərasimi keçirilib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov mərasimdə iştirak edib, mərhumun xatirəsinə ehtiramını bildirib.

Nazir mərasimdə iştirak edən Y.Ziniçevin ailə üzvlərinə, yaxınlarına və Rusiya Fövqəladə Hallar Nazirliyinin kollektivinə başsağlığı verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR