Lerikdə leysan yağışları təsərrüfata ziyan vurub - VİDEO - YENİLƏNİB

Lerikdə leysan yağışları təsərrüfata ziyan vurub - VİDEO  - YENİLƏNİB
# 19 iyul 2021 20:43 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


18:44

Ötən gün Lerikdə başlayan və 2 saat davam edən leysan yağışları nəticəsində 15 kənddə 30-a yaxın sakinin həyətyanı sahəsini sel suları basıb, vətəndaşların təsərrüfatlarına ciddi ziyan dəyib.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, 180 hektar kartof, 65 hektar meyvə bağı, 45 hektar tərəvəz sahəsi sıradan çıxıb. 350-dən çox arı ailəsini, onlarla iri və xırdabuynuzlu mal-qaranı, ev quşlarını sel aparıb. Rayonun Kələxan kənd sakininə məxsus evin bir divarı uçub. Sel nəticəsində kənd daxili yollarda böyük yarğanlar yaranıb, kəndlər arasında əlaqə kəsilib, qaz, işıq və rabitə xətlərinə ziyan dəyib.

Hazırda Lerik Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası tərəfindən təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün zəruri tədbirlər görülür. Ərazidə elektrik enerjisinin, təbii qazın verilişi, rabitənin bərpası və kəndlərarası yolların açılması işlərinə başlanılıb. Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları hazırda əraziyə dəymiş ziyanı müəyyənləşdirirlər.

***

13:35

Lerik rayonunda sel təsərrüfata böyük ziyan vurub.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, gecə saatlarında gələn sel əsasən 15 kəndin təsərrüfatına ziyan vurub. 300-dən yuxarı arı ailəsi, 10-dan yuxarı mal-qara, çoxlu sayda ev quşları tələf olub. Kələxan kənd sakininə məxsus evin bir divarı uçub.

Hazırda FHN-nin xüsusi komissiyası ərazilərə baxış keçirir. Kəndarası yollar, elektrik enerjisi təsərrüfatı və qaz təchizatı bərpa olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR