Magistraturaya qəbul imtahanının ikinci cəhdinin nəticələri 2 günə elan olunacaq

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə

© APA | Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə

# 26 may 2021 11:06 (UTC +04:00)

“Hazırda karantin rejiminin müəyyən qadağaları yumşaldılır”.

APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında bildirib.

O deyib ki, bu gün 14 min şəxs üçün magistraturaya qəbul imtahanının ikinci cəhdi keçirilir: “Biz yəqin ki, həmin imtahanının nəticəsini 2 günə elan edəcəyik. Eyni zamanda bu gündən ali və orta ixtisas təhsili müəssiələrinə də sənəd qəbulu başlayıb və iyunun 8-dək aparılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR