“McDonald’s Azərbaycan” şirkəti Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə xeyriyyə aksiyası keçirib - FOTO

“McDonald’s Azərbaycan”ın xeyriyyə aksiyası

© APA | “McDonald’s Azərbaycan”ın xeyriyyə aksiyası

# 01 iyun 2021 16:38 (UTC +04:00)

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “McDonald’s Azərbaycan” şirkəti xeyriyyə aksiyası keçirərək Azərbaycan Uşaq Fonduna 15 min manat ayırıb.

Bu vəsait fondun himayəsində olan uşaqların ilkin ehtiyaclarının ödənilməsinə yönəldiləcək.

Aksiya çərçivəsində balacaların şirkətin restoranlarından birinə səfəri təşkil edilib. Burada onlar üçün hazırlanmış hədiyyələr və əyləncəli proqram balaca qonaqlarda xeyli müsbət və şən emosiya yaradıb.

Qeyd edək ki, Azərbaycan Uşaq Fondu xüsusi qayğıya ehtiyac duyan uşaqların təhsili, tərbiyəsi və sağlamlığının müdafiəsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirir.

Xeyriyyə aksiyalarının keçirilməsi, korporativ sosial məsuliyyət məsələlərinə böyük diqqət ayıran “McDonald’s Azərbaycan” şirkətinin siyasətinin bir parçasıdır.

20 il ərzində uşaq evlərinə, tibbi yardım fondlarına, idman tədbirlərinə yardımla əlaqədar çoxsaylı aksiyalar həyata keçirmiş şirkət bundan sonra da xeyriyyə işləri ilə məşğul olmaqda davam etmək niyyətindədir.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil edilmiş tədbirdə çəkilmiş şəkilləri nəzərinizə çatdırırıq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR