Məhkəmələrdə DSMF-yə qarşı olan işlərin sayı 3 dəfə azalıb

Məhkəmələrdə DSMF-yə qarşı olan işlərin sayı 3 dəfə azalıb
# 02 noyabr 2021 11:50 (UTC +04:00)

"2017-2018-ci illərdə məhkəmələrdə Dövlət Sosial Müdafiə Fonduna qarşı olan işlərin sayı təxminən 10 minə yaxın idisə, hazırda həmin rəqəmlər 3 dəfəyə qədər aşağı düşüb". APA-nın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının direktoru Abuzər Mütəllimov bildirib.

O deyib ki, hazırda Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının icraatında təxminən 1500-1700-ə yaxın iş var: “Bütün məhkəmə işlərində iştirak təmin olunur. Elə işlər var ki, vətəndaş hüquqlarını başa düşdüyü təqdirdə növbəti instansiyalara şikayət vermir, yaxud biz şikayət vermirik. Yaxud da işlər Ali Məhkəməyə qədər gedir. Hər bir halda məhkəmə qərarlarına hər iki tərəfin iştirakı təmin olunmaqla obyektiv şəkildə baxılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR