Meksikanın mərkəzində daşqın nəticəsində 2.4 mindən çox insanı təxliyə edilib

Meksikanın mərkəzində daşqın nəticəsində 2.4 mindən çox insanı təxliyə edilib
# 02 oktyabr 2021 03:18 (UTC +04:00)

Meksikanın mərkəzində, Keretaro ştatının San-Xuan del Rio və Tekiskyapan rayonlarında baş verən güclü daşqın nəticəsində 2.4 mindən çox sakin xilasedicilər tərəfindən təxliyə edilib.

APA xəbər verir ki, bu barədə “Milenio” nəşri məlumat yayıb.

Bölgəyə yağan güclü yağışlar San-Xuan çayının məcrasından çıxmasına səbəb olub. Ölən və yaralılar haqda məlumat verilməyib. Həmçinin, dəymiş maddi ziyanın təxmini miqdarı hələ müəyyən edilməyib. Bölgədə maksimum təbii fəlakət səviyyəsi elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR