“Məktəb inspektoru” vəzifəsi üzrə vakansiya elan edilib

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 21 iyun 2021 15:25 (UTC +04:00)

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Məktəblərdə keyfiyyət inspeksiyası” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində inspeksiyaların həyata keçirilməsi üçün “Məktəb inspektoru” vəzifəsi üzrə vakansiya elan edib.

Nazirlikdən APA-ya verilən məlumata görə, sözügedən vakansiya üzrə namizədlər üçün müəyyənləşdirilmiş tələblər aşağıdakı kimidir:

· Ali təhsil;
· Sahə üzrə mövcud qanunvericilik, qayda və tənzimləmələr haqqında biliklər;
· Minimum 8 il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır);
· Ümumi təhsil müəssisələrində keyfiyyət qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı;
· Yüksək səviyyədə Azərbaycan dili biliyi;
· “Microsoft Office” proqramları və internet resurslarından istifadə bacarığı;
· Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
· Analitik, strateji düşünmə və problem həlletmə bacarığı;
· Monitorinq və qiymətləndirmə bacarığı;
· Təşkilatçılıq bacarığı;
· Komandada işləmə bacarığı;
· Zərurət olduqda, ölkə ərazisi üzrə səyahət etmək imkanı;
· Minimum yaş həddi - 30 yaş.

Müraciət etmək istəyən namizədlər öz CV-lərini bu keçid vasitəsilə göndərə bilərlər. Son müraciət tarixi 10 iyuldur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR