Mənzillə təmin olunan hərbi qulluqçuların sayı açıqlanıb

Mənzillə təmin olunan hərbi qulluqçuların sayı açıqlanıb
# 26 noyabr 2021 20:29 (UTC +04:00)

“Bu günədək Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası olaraq Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında mənzil növbəsinə qəbul olunan 2387 hərbi qulluqçudan artıq 2093 nəfər Bakı, Gəncə şəhərlərində, Abşeron rayonunda və Naxçıvan Muxtar Respublikasında tam təmirli mənzillərlə təmin olunub”.
Maliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılmış Komissiyanın yeni tərkibdə ilk iclasında komissiyanın sədri Samir Şərifov deyib.
S.Şərifov Vətən müharibəsində tarixi zəfər qazanan Azərbaycan ordusunun hərbi qulluqçularının mənzil təminatının Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və nəzarətində olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR