Mərdəkanda şadlıq sarayında karantin qaydaları pozulub

Mərdəkanda şadlıq sarayında pandemiya dövrünün tələbləri pozulub

© APA | Mərdəkanda şadlıq sarayında pandemiya dövrünün tələbləri pozulub

# 27 iyul 2021 16:36 (UTC +04:00)

İyulun 26-da Bakı şəhəri, Mərdəkan şosesi, Şağan qəsəbəsi ərazisində fəaliyyət göstərən "Elçin" şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

Qida Təhlükəsizliyi Agentliyindən APA-ya verilən məlumata görə, pandemiya dövrünün tələblərinə əsasən, 150 nəfərlik şənlik mərasiminin keçirilməsinə icazə verildiyi halda keçirilən baxış zamanı şənlik mərasiminin 150 nəfərdən artıq şəxsin iştirakı üçün nəzərdə tutulduğu, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi aşkarlanıb.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR