MM-in komitə sədri dərmanların qiymətindən və keyfiyyətindən şikayətlənib

MM-in komitə sədri dərmanların qiymətindən və keyfiyyətindən şikayətlənib
# 12 noyabr 2021 12:17 (UTC +04:00)

“Bu gün dərmanlarla bağlı problem bütün əhalini narahat edir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, bu gün apteklərdə olan dərmanların həm keyfiyyəti həm də qiyməti əhalidə narahatlıq doğurur: “Bu gün bizdə olan dərmanlar qonşu ölkələrlə müqayisədə bahadır. Digər tərəfdən, bu gün dünyada onkoloji xəstəliklərin müalicəsi üçün ən müasir dərman vəsaitləri tətbiq edilir. Bu dərmanlar bu gün onkoloji xəstələrə hava su kimi lazımdır. O dərman preparatları olmadan onkoloji xəstələri müalicə etmək mümkün deyil. Həmin dərmanlar çox bahadır. Bu gün o dərman preparatlarından bir doza belə Azərbaycanda alınmır. Kimsə gətirirsə də, öz vəsaiti hesabına gətirir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR