Müəllim olmaq istəyənlərə bir neçə MİQ imtahanında iştirak etmək şansı veriləcək

Müəllim olmaq istəyənlərə bir neçə MİQ imtahanında iştirak etmək şansı veriləcək
# 04 avqust 2021 17:59 (UTC +04:00)

“MİQ imtahanlarında əsas məsələ digər namizədlərlə müqayisədə nə qədər bal toplamaqdır”.

APA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Nazirin sözlərinə görə, yeniliklərdən biri budur ki, müəllimlər üçün bir neçə dəfə MİQ imtahanında iştirak imkanı yaradılacaq: “Bəzi təkliflər var idi ki, bir fənn üzrə bütün müəllimlər eyni gündə eyni imtahanı versin, eyni sualları cavablandırsın. Amma 15 min müəllimi eyni otaqda oturtmaq olmur. Onda da şikayətlər olur ki, bizim otağımızda nəzarət daha zəif idi, bizim otaq daha isti idi, daha soyuq idi, səs var idi və s."

E. Əmrullayev, ümumiyyətlə, eyni gündə eyni imtahanı keçirməkdənsə, bir müəllimə bir neçə MİQ imtahanında iştirak etmək şansı verməyin tərəfdarı olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR