Nazir: “Birinci Qarabağ müharibəsi veteranlarının sənədləri ilə bağlı ciddi problem var”

Nazir: “Birinci Qarabağ müharibəsi veteranlarının sənədləri ilə bağlı ciddi problem var”
# 12 noyabr 2021 19:01 (UTC +04:00)

“Birinci Qarabağ müharibəsi veteranlarının sənədləri ilə bağlı ciddi problemimiz var”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, İkinci Qarabağ müharibəsində iştirak edənlərə veteran statusunun verilməsi ƏƏSMN-in səlahiyyətinə aid deyil: “Müvafiq qurumlar qərar qəbul edəndən sonra bizim tərəfimizdən də qanunvericiliyə uyğun addımlar atılacaq”.

S. Babayev xatırladıb ki, veteranlara verilən müavinətin məbləği 2019-cu ildə 60% artırılıb: “Bu da kommunal xərclərin qarşılanması üçün idi. Növbəti mərhələdə bununla bağlı atılacaq addım hər halda say dəqiqləşəndən sonra düşünüləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR