Nazir müavini: “Gələn il məşğulluq tədbirlərinin əhəmiyyətli hissəsi azad olunmuş ərazilərə dönəcək həmvətənlərimizin layiqli məğulluğunun təmin edilməsinə yönəldiləcək”

Anar Kərimov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov

© APA | Anar Kərimov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov

# 17 noyabr 2021 12:53 (UTC +04:00)

“Məşğulluq xidmətlərinin beynəlxalq təcrübə əsasında qurulması, elektron xidmətlərin sayının artırılması və digər istiqamətlərdə ardıcıl işlər görülür”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

O bildirib ki, əmək bazarının inkişafı və işsiz və işaxtaran şəxslərin sosial müdafiəsini gücləndirmək üçün işlər görülür: “2022-ci il üçün nəzərdə tutulan gəlirlərin ümumi faizi işsizlikdən sığorta yığımları hesabına formalaşıb. Dövlət başçısının tapşırığına uyğun olaraq həyata keçirilən özünüməşğulluq layihəsinə 46 %-dən çox vəsait ayrılıb. Proqramın həyata keçirildiyi dövr ərzində ilk dəfə olaraq kənd təsərrüfatı üzrə aqrar obyektlərin sığortalanması tətbiq ediləcək. 2022-ci ildə Bərdə və Qubada peşə hazırlıq mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. 2022-ci ildə haqqı ödənilən işlərə 2 milyon manat xərclənməsi nəzərdə tutulur. Ölkənin məşğulluq xəritəsi, ölkə üzrə məşğulluq reyestri üzrə işlər 2022-ci ildə tamamlanacaq. Bu, qeyri-formal məşğulluğa nəzarəti gücləndirəcək. Gələn il ölkədə məşğulluq tədbirlərinin əhəmiyyətli hissəsi Ali Baş komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun işğaldan azad etdiyi bölgələrin sosial iqtisadi inkişafına və bu bölgələrə geri dönəcək həmvətənlərimizin layiqli məğulluğunun təmin edilməsinə yönəldiləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR