Nazir: “Universitetlərdə bufet və idman zalları mərhələli şəkildə açılacaq”

Emin Əmrullayev

© APA | Emin Əmrullayev

# 07 sentyabr 2021 15:24 (UTC +04:00)

“Universitetlərdə tələbələrin COVID pasportlarının yoxlanılması ilə bağlı monitorinqlər aparılacaq".

APA-nın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin təşkili ilə bağlı keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, universitetlərdə bufet və idman zalları ilə bağlı mərhələli şəkildə açılmalara gediləcək: "Bu, qaydalarda öz əksini tapacaq. Daha az tələbə sayı az olan müəssisələrdə bu məsələlərə baxılacaq. Beləliklə, bufet və idman zallarının mərhələli şəkildə açılacağını düşünürük".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR