Nazir: “Vətən müharibəsinin 2500 qazisi əlillik üçün müraciət edib, onlardan 270 nəfərə imtina verilib”

Sahil Babayev

© APA | Sahil Babayev

# 12 noyabr 2021 18:49 (UTC +04:00)

“Müddətli əlilliyin müddəti bitəndə təkrar müraciət olunmalıdır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu il 193 min nəfərin əlillik müddəti bitib, dayandırılmayıb: “Bu kampaniyanın məqsədli aparıldığından xəbərdarıq. Həmin o maklerlər, bundan pul qazanan, dövlətin düşməni olan insanlar məqsədli şəkildə bu fikri ortaya atırlar ki, hamının əlilliyi kəsilir. Məsələn, millət vəkilliyi müddətlidir, 5 il bitəndən sonra yenidən müraciət edilməlidir".

S. Babayevin sözlərinə görə, hərbçilər, qazilər, müharibə əlilliyi olan insanlar hamısı əyani qəbul edilir ki, elektron sənəd dövriyyəsində, ya da yazılmış hansısa səhvə görə qaziyə imtina getməsin: "Bu günə qədər Vətən müharibəsinin 2500 qazisi əlillik üçün müraciət edib, 2200-ü artıq təsdiq olunub. Bu da kifayət qədər yüksək rəqəmdir. 270 nəfərə isə imtina verilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR