Nazirlik gender əsaslı ayrı-seçkiliklə bağlı videoçarx hazırlayıb - VİDEO

Gender əsaslı ayrı-seçkilik iş həyatında da peşəkar yanaşma deyil

© APA | Gender əsaslı ayrı-seçkilik iş həyatında da peşəkar yanaşma deyil

# 22 noyabr 2021 16:49 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Gender əsaslı ayrı-seçkilik iş həyatında da peşəkar yanaşma deyil" mövzusunda videoçarx hazırlayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, milli qanunvericilik gender bərabərliyi ilə bağlı mütərəqqi beynəlxalq yanaşmaları özündə əks etdirir. Əmək və məşğulluq sahəsində də qadın və kişilər arasında ayrı-seçkiliyə yol verilməsi qanunla qadağan edilir. Belə hala yol verən işəgötürən isə buna görə qanunla məsuliyyət daşıyır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanaraq təqdim edilən yeni videoçarx bu aktual mövzuya həsr edilib. Videoçarx gender əsaslı ayrı-seçkiliyin iş həyatında da peşəkar yanaşma və müəssisə üçün səmərəli olmadığı mesajını çatdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR