Oğuzda 3 tondan artıq çətənə kolu məhv edilib

Oğuzda “Xaş-xaş 2021” əməliyyatı

© APA | Oğuzda “Xaş-xaş 2021” əməliyyatı

# 16 sentyabr 2021 09:12 (UTC +04:00)

Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş 2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, tədbir zamanı rayonun Bayan kəndi ərazisində ümumi çəkisi 3 ton 117 kiloqram olan 2150 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR