Oğuzda avtomobil aşıb, sürücü xəsarət alıb

Oğuzda avtomobil aşıb, sürücü xəsarət alıb
# 08 noyabr 2021 20:43 (UTC +04:00)

Oğuzda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə saat 18:00 radələrində Qaraməryəm Ismayıllı-Şəki avtomobili yolunun Oğuz rayonunun Bucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Oğuz rayonunun Muxas kəndind sakini, 1986-cı il təvəllüdlü Taleh Ərəstun oğlu Məhərrəmov idarə etdiyi “VAZ-21015” markalı 99 OM 540 dövlət qeydiyyatlı nişanlı avtomobillə Şəki rayonu istiqamətindən Oğuz şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən avtomobili yolun sol hissəsindəki çökəkliyə aşırıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücüsü Taleh Məhərrəmov Şəki Rayon Mərkzəi Xəstəxanasına aparılıb.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı arasdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR