Ölkə üzrə 125 məzuna qızıl, 67 məzuna gümüş nişan verilib

Qızıl-gümüş nişanlar

© APA | Qızıl-gümüş nişanlar

# 16 iyul 2021 15:06 (UTC +04:00)

Təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrinin 2020-2021-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, əmrə əsasən, ötən tədris ilinin XI sinif məzunlarından 125 nəfər qızıl, 67 nəfər isə gümüş nişanla təltif olunub.

Qaydalara əsasən, ümumi təhsil pilləsini xüsusi nailiyyətlərlə başa vuran məzunlar qızıl və ya gümüş nişanla təltif olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR