Ötən il Azərbaycanda 203 transplantasiya əməliyyatı keçirilib

Ötən il Azərbaycanda 203 transplantasiya əməliyyatı keçirilib
# 31 may 2021 15:18 (UTC +04:00)

Ötən il 120 nəfər üzərində orqanların və toxumaların transplantasiyası üzrə 203 əməliyyyat həyata keçirilib.

Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, resipiyentlərdən 87-si kişi, 33-ü qadındır. Onlardan 37 nəfəri 0-17 yaş qrupuna daxildir. Əməliyyatlardan 33-ü gözün buynuz qişası, 32-si sümük iliyi, 64-ü qaraciyər və onun seqmentləri, 62 böyrəklər və onun seqmentləri, 6-sı sümüklər və onların seqmentləri, 6-sı digər orqan və (və ya) toxumalar üzərində aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR