Peşə məktəblərində koronavirusa yoluxan tələbə və işçi heyətinin sayı açıqlanıb

Peşə Təhsili üzrə Dövlət Agentliyi

© APA | Peşə Təhsili üzrə Dövlət Agentliyi

# 15 oktyabr 2021 15:23 (UTC +04:00)

Peşə təhsili müəssisələrində sentyabrın 29-da ənənəvi dərslər bərpa ediləndən bu günə qədər koronavirusa yoluxan tələbə və işçi heyətinin sayı açıqlanıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ümumilikdə peşə təhsili müəssisələrində 40 tələbə, 14 işçi heyət nümayəndəsi virusa yoluxub, 14 tələbə, 8 işçi heyət nümayəndəsi virusa yoluxmuş xəstə ilə təmasda olub.

Peşə təhsili üzrə distant təhsilə keçən müəssisə yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR