“Qaliblər düşərgəsi”nin iştirakçıları şəhid atalarının adına ağac əkiblər

“Qaliblər düşərgəsi”nin iştirakçıları şəhid atalarının adına ağac əkiblər

© APA | “Qaliblər düşərgəsi”nin iştirakçıları şəhid atalarının adına ağac əkiblər

# 17 iyul 2021 13:28 (UTC +04:00)

Vətən müharibəsi şəhidləri üçün təşkil edilmiş “Qaliblər düşərgəsi”nin 12-ci günündə iştirakçıların digər qrupu Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkına yollanıblar.

Dövlət Miqrasiya Xidmətindən APA-ya verilən məlumata görə, ərazi ilə tanış olan Qaliblər maraqlı anlar yaşayıblar. İştirakçılar üçün günün proqramına uyğun təlimlər keçirilib. Bundan başqa, qaliblərin hər biri şəhid atalarının adına düşərgə ərazisində ağac əkiblər.

Elə həmin gün əməkdar artist Bəhram Bağırzadə “Qaliblər düşərgəsi”nin qonağı olub. O, karyerasında qazandığı uğurlara aparan yoldan, “Bakılı Oğlanlar” Şən və Hazırcavablar Komandasında, “Planet Parni iz Baku” KVN Teatrında və “Hər şey yaxşılığa doğru”, “Yuxu”, “Milli bomba” filmlərində oynadığı yaddaqalan rollardan danışıb. Həmçinin uşaqlara öz kitabları barədə məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

Düşərgəyə təşrif buyuran Dövlət Miqrasiya Xidmətinin rəisi, “Qaliblər düşərgəsi”nin Təşkilat Komitəsinin rəhbəri Vüsal Hüseynov və Beynəlxalq Valyuta Fondu sədrinin baş müşaviri, “For Azerbaijan” Beynəlxalq Təşkilatının sədri Samir Süleymanov uşaqlarla görüşüb, onlarla birgə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının tamaşalarına baxıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR