Qanunsuz ov edən əcnəbilər cərimələnib

Qanunsuz ov edən əcnəbilər cərimələnib
# 22 noyabr 2021 16:48 (UTC +04:00)

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mahmudçala Ovçuluq Təsərrüfatında Azərbaycan Respublikasının ovçuluq haqqında qanunvericiliyinin tələblərini pozan xarici ölkə vətəndaşları saxlanılıb.

APA-nın məlumatına görə, bunu Xidmət rəisi Hikmət Əlizadə deyib.

O bildirib ki, araşdırma zamanı onların Küveyt vətəndaşları Muhammad Almutairi, Abdullah Alateeo, Nawaf Alateeo və Abdulrahman Alghareeb olduğu müəyyən edilib: "Faktla bağlı akt, protokol tərtib edilib və təqsirkarlar ümumilikdə 4000 manat məbləğində cərimə olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR