Qazax sakini özünə xəsarət yetirib - YENİLƏNİB

Qazax sakini özünə xəsarət yetirib  - YENİLƏNİB
# 29 oktyabr 2021 08:58 (UTC +04:00)

Qazax sakinin bıçaq xəsarəti almasının təfərrüatları məlum olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-nın yerli bürosuna bildirib ki, rayon sakini Təvəkkül Musayevin bıçaq yarası ilə xəstəxanaya yerləşdirilməsi ilə bağlı Qazax rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları müvafiq araşdırmalar aparıb. Zərərçəkən ilkin ifadəsində özü-özünə xəsarət yetirdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

08.12

Qazaxda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

1995-ci il təvəllüdlü Musayev Təvəkkül Şahvələd oğlu qarının kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, Təvəkkül Musayev dava zamanı bıçaqlanıb. O, hadisə vaxtı sərxoş olub.

Hadisənin baş vermə səbəbləri araşdırılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR