Qurban Yetirmişli: "Daşlı adada vulkanın dərinliyi 1,48 km, gücü 2,17 ml olub" - VİDEO - YENİLƏNİB

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli

© APA | Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli

# 05 iyul 2021 12:11 (UTC +04:00)

Daşlı adasında iyulun 4-də saat 21:51-də palçıq vulkanı püskürüb. Püskürmənin davamlılığı 8 dəqiqə davam edib”.

APA-nın xəbərinə görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, vulkanın dərinliyi 1,48 km, gücü (ml) 2,17 ml olub: "Daşlı adada vulkan çoxdan püskürmürdü, axırıncı dəfə 1945-ci ildə püskürüb. Xəzər dənizində çoxlu sayda vulkanlar var. Deyirlər ki, orada ölən və yaralanan var, belə şey yoxdur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR