Regionlarda Təcili Yardım Şöbələrinin monitorinqlərinə başlanılıb

Regionlarda Təcili Yardım Şöbələrinin monitorinqlərinə başlanılıb

© APA | Regionlarda Təcili Yardım Şöbələrinin monitorinqlərinə başlanılıb

# 07 iyul 2021 13:46 (UTC +04:00)

TƏBİB-in tabeliyində olan tibb müəssisələrində fəaliyyət göstərən Təcili Yardım Şöbələrinin (TYŞ) struktur və fəaliyyətlərinin standartlara uyğunlaşdırılması məqsədi ilə regionlar üzrə monitorinqlərə başlanılıb.

TƏBİB-dən APA-ya bildirilib ki, ilkin olaraq TƏBİB-in aidiyyəti departamentlərinin əməkdaşlarından ibarət qrup tərəfindən Qusar, Quba, Şabran, Siyəzən, Xızı Rayon Mərkəzi Rayon Xəstəxanalarında yoxlamalar aparılıb. Eyni zamanda, müvafiq sənədlərə uyğun aparılmış dəyərləndirilmələr əsasında təcili tibbi xidmətin təşkilinə dair real vəziyyət haqqında ümumi hesabat hazırlanıb.

Qeyd edək ki, təşkil olunmuş monitorinqlər zamanı mütəxəssislər tərəfindən tibb müəssisələrinin əməkdaşları üçün təlimlər keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR