Sabah “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günü olacaq

"ASAN xidmət"

© APA | "ASAN xidmət"

# 27 may 2021 15:04 (UTC +04:00)

28 may – Respublika günü münasibətilə “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.

“ASAN xidmət”dən APA-ya verilən məlumata görə, 29 və 30 may tarixlərində vətəndaşlar yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı xidməti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı xidməti və miqrasiya xidmətləri ilə bağlı hazır sənədlərin götürülməsi üçün saat 10:00-dan 17:00-dək Bakı, Sumqayıt və Gəncə “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

31 may tarixindən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR