Sabahın hava proqnozu açıqlanıb - VİDEO

Sabahın hava proqnozu açıqlanıb - <span class="red_color">VİDEO
# 20 iyun 2021 11:19 (UTC +04:00)

İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətinin APA-ya verdiyi məlumata görə,  iyunun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. 
Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.  Havanın temperaturu gecə 20-24 isti, gündüz 30-35 isti, Bakıda gecə 22-24 isti, gündüz 33-35 dərəcə isti olacaq. 
Atmosfer təzyiqi  norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz olacaq. Abşeron çimərliklərində gözlənilən  hava şəraiti  Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.  Dəniz suyunun temperaturu:  Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, İyunun 21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. 

İyunun 21-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər  bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək.  Havanın temperaturu gecə 20-25 isti, gündüz 35-40 isti, dağlarda gecə 13-18 isti, gündüz 22-27 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR