Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
# 25 noyabr 2021 12:35 (UTC +04:00)

Noyabrın 26-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 6-8° isti, gündüz 10-13° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 773 mm civə sütunundan 767 mm civə sütununa enəcək.

Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 8-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR