Sabahın hava proqnozu açıqlanıb - VİDEO

Sabahın hava proqnozu açıqlanıb - <span class="red_color">VİDEO
# 18 iyul 2021 12:05 (UTC +04:00)

İyulun 19-da gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətinin APA-ya verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. 

Cənub küləyi əsəcək, havanın temperaturu gecə 23-26° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 24-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi  normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. 

Nisbi rütubət gecə 60-65 % , gündüz 40-45 % olacaq. Abşeron çimərliklərində gözlənilən  hava şəraitinə görə, cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, bayram günlərində Abşeron yarımadasında havanın maksimal temperaturunun 38-40°-dək yüksələcəyi, zəif küləklərin üstünlüyü gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir. 

Azərbaycanın rayonlarında  əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə  şimşək çaxacağı, qısamüddətli  yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.  Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27°  isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 15-20° isti, gündüz  24-29° isti olacaq.

Bayram günlərində hava şəraitinin isti keçəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-38 °, 20-21-də bəzi yerlərdə 40°, Respublikanın rayonlarında 35-40 ° isti, 20-22-də isə  bəzi aran rayonlarında  42-44°-dək yüksələcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR