Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır

Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır
# 10 iyun 2021 11:49 (UTC +04:00)

İyunun 10-u saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılır.

Təhsil Nazirliyindən APA-ya bildirilib ki, sorğuların qəbulunun müvəqqəti dayandırılması tədris ilinin yekunlaşması və ümumi təhsil müəssisələrində yekun qiymətləndirmə prosesi ilə bağlıdır.

Portalda mövcud sorğuların tamamlanması prosesi 17 iyun 2021-ci il tarixinədək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər. İyunun 17-dən isə proqram təminatı müvəqqəti olaraq dayandırılacaq.

Proqram təminatının açılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR