Sahil Babayev: “Əmək bazarına ilk dəfə daxil olan şəxslər çətinliklərlə rastlaşır”

Sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda

© APA | Sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda

# 08 dekabr 2021 10:38 (UTC +04:00)

“Ölkədə hər il əmək bazarına təxminən 100 mindən çox gəncin daxil olmasının əmək qabiliyyətli əhalinin, o cümlədən gənclərin layiqli məşğulluğunun təmin olunması kimi qarşıya mühüm vəzifə qoyur”.

APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda bildirib.

Onun sözlərinə görə, əmək bazarına ilk dəfə daxil olan şəxslər bir çox hallarda öz peşə və ixtisaslarına uyğun iş tapmaqda çətinliklərlə rastlaşırlar.

“İxtisaslı işçi qüvvəsinin iqtisadi fəal əhalidə xüsusi çəkisi 35%-dən çox deyil”, - nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR