Sahil Babayev: "Gələn il investisiya fəaliyyətinə keçməyi düşünürük"

Sahil Babayev

© APA | Sahil Babayev

# 12 noyabr 2021 16:37 (UTC +04:00)

“Pensiya fondunun gəlirə çıxmasını istəyiriksə, bu, əlavə 1 milyard manat öhdəlik deməkdir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu, indiki prioritetlər baxımından vacib sayılmır: “Bu gün dövlətin qarşısında duran bu cür prioritetlərin qarşısında pensiya fondunun gəlirə çıxmasını vacib hesab etmirik. Gələn il investisiya fəaliyyətinə keçməyi düşünürük. İnvestisiya fəaliyyətinə ehtiyatlarımızdan vəsait yönəltmək istəyirik. Biz pensiya ödənişlərini 1 ay avansla ödəyirik. Buna bizim formalaşmış ehtiyatlarımız imkan verir. Gələn il üçün bizim ehtiyatımızın 400-500 milyon manata çatacağını proqnozlaşdırırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR