Sahil Babayev: “Gənclərin işlə təmin olunması Azərbaycanla Türkiyənin qarşısında duran əsas məsələlərdəndir”

Sahil Babayev

© APA | Sahil Babayev

# 18 oktyabr 2021 13:43 (UTC +04:00)

“Bu gün həm Azərbaycan, həm də Türkiyədə yaşayıb işləyən vətəndaşların əmək müqaviləsi varsa, həm sosial sığorta, həm işsizlikdən sığorta, həm də İcbari tibbi sığorta baxımından tam hüquqi müdafiələrini əldə edirlər”.

APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Bilginlə birgə brifinq zamanı bildirib.

Nazirin sözlərinə görə, lakin təəssüf ki, hər iki ölkədə əmək müqaviləsi olmadan işləyən bəzi vətəndaşlarımız var ki, onlarla bağlı müzakirələrin əsas qayəsi bu məsələlərin tənzimlənməsidir. S. Babayev deyib ki, həmin şəxslərin əmək münasibətlərinin leqallaşmasını təmin etmək, onların sosial, işsizlikdən və icbari tibbi sığortadan istifadəsini genişləndirmək əsas hədəflərdəndir:

"Digər əsas məsələ, məşğulluq proqramlarını genişləndirməkdir. Çünki hər iki ölkənin əhalisi gəncdir. Hər il əmək bazarına ciddi sayda gənc kadrlar daxil olur. Gənclərin işlə təmin olunması, onların müxtəlif aktiv məşğulluq proqramlarına cəlb edilməsi hər iki ölkənin qarşısında duran əsas məsələlərdən biridir. Bu istiqamətdə həm təcrübə mübadiləsi aparacağıq, həm də hər iki ölkədə olan özünü doğruldan proqramları tətbiq etməyə çalışacağıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR