Sahil Babayev son 3 ildə ləğv edilən pensiyaların məbləğini açıqlayıb

Sahil Babayev

© APA | Sahil Babayev

# 11 noyabr 2021 14:56 (UTC +04:00)

“Son 3 ildə əmək müqavilələrinin sayı 400 min artıb. Bunun 300 mini özəl sektorun payına düşür”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, ölkə üzrə əməkhaqqı fondu isə 83 % artıb: “Bunun özü də ölkədə leqallaşmanın nə dərəcədə həyata keçirilməsindən xəbər verir. Ümumilikdə bu gün DSMF-in gəlirlərində və əhaliyə ödənişlərində daimi olaraq büdcə və qeyri-büdcənin payı düzgün qurulur. DSMF-də gəlirlərin təminatı ilə yanaşı, xərclərin də şəffaflaşdırılması istiqamətində işlər görülür. Əsassız saxta pensiya işlərinin ləğv edilməsi istiqamətində silsilə işlər gedir. 2018-ci ildə 25,6 milyon, 2019-cu ildə 133,1 milyon, 2020-ci ildə 246,5 milyon, bu il isə 496 milyon manat əsassız pensiya ləğv edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR