Şamaxıda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri aşkarlanıb

Şamaxıda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqəsi

© APA | Şamaxıda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqəsi

# 18 noyabr 2021 10:16 (UTC +04:00)

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları antisanitar şəraitdə küçə və yol kənarlarında, həmçinin kəsim üçün nəzərdə tutulmayan yerlərdə qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin və Şamaxı Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə rayon ərazisində fəaliyyət göstərən qanunsuz heyvan kəsimi və ət satışı yerlərində reydlər keçirib.

AQTA-dan APA-ya verilən məlumata görə, reydlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan heyvan kəsimi və ət satışının həyata keçirildiyi yerlər aşkar edilib. Belə ki, baytarlıq nəzarəti həyata keçirilmədən ət məhsullarının satışa çıxarıldığı məlum olub. Yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb.

Eyni zamanda, Agentlik əməkdaşları tərəfindən kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmələri üçün zəruri məlumatlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR