“Samur” postunda 1500-dən çox yük maşını Rusiyaya keçmək üçün növbə gözləyir

“Samur” postunda 1500-dən çox yük maşını Rusiyaya keçmək üçün növbə gözləyir
# 04 iyun 2021 10:15 (UTC +04:00)

Sərhəddə yerləşən “Samur” gömrük postunda Rusiya Federasiyasına hərəkət edən yük avtomobillərinin uzun növbəsi yaranıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, gömrük keçid məntəqəsində 1500-dən yuxarı maşın qarşı tərəfə keçmək üçün gözləyir.

“Samur” gömrük postundan APA-nın yerli bürosuna verilən məlumata görə, sıxlığın yaranmasına səbəb tranzit və mövsümlə əlaqədar Azərbaycandan Rusiyaya yük daşıyan nəqliyyat vasitələrinin sayının artmasıdır.

Bildirilib ki, Rusiya tərəfi ilə əldə olunan ilkin razılaşmaya görə, gün ərzində qonşu ölkəyə keçən maşınların sayı 2 gündür artırılıb.

“Bu gedişlə davam edərsə 10 gün ərzində sıxlığ araqdan qaldırılacaq”, - deyə gömrük postundan əlavə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR