Şəhid ailələrinin üzvləri Azərbaycan-Portuqaliya oyununda azarkeş qismində iştirak ediblər - FOTO

Şəhid ailələrinin üzvləri Azərbaycan-Portuqaliya oyununda azarkeş qismində iştirak ediblər - FOTO
# 08 sentyabr 2021 10:09 (UTC +04:00)

Sentyabrın 7-də Bakı Olimpiya Stadionunda dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Portuqaliya oyununda şəhid ailələrinin üzvləri və övladları azarkeş qismində iştirak ediblər.

APA-nın “Azərtac”a istinadən verdiyi məlumata görə, 20-dən çox uşağın iştirak etdiyi tədbir Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası və "Uşaq və yeniyetmələrə dəstək" ictimai birliyinin birgə təşəbbüsü ilə təşkil olunub.

Tədbirin keçirilməsində əsas məqsəd ölkəmizdə şəhid ailələrinə və övladlarına diqqət və qayğının göstərilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR