Səhiyyə naziri əvəzi: "Peyvənd yaşının aşağı salınmasına dair son elmi nəticələri gözləyirik"

Teymur Musayev

© APA | Teymur Musayev

# 16 noyabr 2021 14:45 (UTC +04:00)

“Azərbaycanda peyvəndlə bağlı yaş 12-dən başlayır”.

Bunu APA-ya açıqlamasında səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev deyib.

O bildirib ki, burada xroniki xəstəliyi olan uşaqlar və hər iki valideynin rəsmi razılığı olduğu təqdirdə uşaqlar peyvənd oluna bilir: “Peyvənd yaşının aşağı salınması bəzi ölkələrdə qəbul olunub, bəziləri gözləmə mövqeyindədir. Son elmi tədqiqatların nəticələri dərc olunandan sonra Səhiyyə Nazirliyi nəzdində Tibbi-Elmi Şuranın iclaslarında belə məsələlər müzakirə edilib sonradan qərar verilir. Sadəcə son elmi nəticələri gözləyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR