Səhiyyə Nazirliyi: Peyvəndin ikinci dozasını 56 günə qədər vurdurmaq olar

Səhiyyə Nazirliyi

© APA | Səhiyyə Nazirliyi

# 10 iyun 2021 15:12 (UTC +04:00)

“Vaksin iki dozada vurulur. Peyvəndin ikinci dozasını 56 günə qədər vurdurmaq olar”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupun üzvü Nailə Daşdəmirova "COVID-19 Sertifikatı" mövzusunda çıxışında deyib.

O bildirib ki, müəyyən səbəblər olubsa və həmin şəxs 28 gün sonra peyvənd vurdura bilməyibsə, o zaman peyvəndi vurdurmaq mümkündür: “Əgər ikinci dozanı vurdurmaq 56 günü keçibsə, o zaman həmin şəxs 6 aydan sonra yenidən 1 və 2-ci doza vaksin almalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR