Sentyabrın 1-dən yalnız COVID-19 pasportu olanlar restoran, mehmanxana, ticarət mərkəzlərinə buraxılacaqlar

Nazirlər Kabineti

© APA | Nazirlər Kabineti

# 26 iyul 2021 15:12 (UTC +04:00)

Sentyabrın 1-dən ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda etdiyi dəyişiklikdə əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR