Sərhədi açıq olmayan ölkələrdən tələbələrin Azərbaycana gələ bilməsi üçün vəsatət qaldırılıb

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 08 oktyabr 2021 12:22 (UTC +04:00)

Sentyabrın 29-dan bütün təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrində əyani tədris tam bərpa olunub.

Azərbaycanın hazırda pandemiya şəraitində 42 ölkə ilə hava sərhədləri açıqdır. Vəziyyətlə əlaqədar sərhədlər açıq olmayan ölkələrdən Azərbaycan universitetlərinə qəbul olan tələbələr də var.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, aktiv müvəqqəti yaşama icazəsi vəsiqəsinə sahib olan şəxslər və 42 ölkədən olan əcnəbi vətəndaşların ölkəyə girişi mümkün olduğundan əyani dərslərdə iştirak edə bilirlər. Həmin kateqoriyalara daxil olmayan xaricdə olan əcnəbi tələbələrin siyahısı ali təhsil müəssisələrindən əldə edilib və aidiyyəti üzrə vəsatət qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR