Şirvan sakini bıçıqlanıb

Şirvan sakini bıçıqlanıb
# 03 iyun 2021 12:10 (UTC +04:00)

Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Şirvan sakini, 1992-ci il təvəllüdlü Novruzlu Babək Məhəmməd oğlu çoxsaylı bıçaq xəsarətləri alıb. Onun münaqişə zəminində bıçaqlandığı bildirilir.

Şirvan xəstəxanasına yerləşdirilən B. Novruzlu cərrahiyyə əməliyyatına götürülüb.

Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR