Soltan Məmmədov: “ÜST metadondan istifadənin genişləndirilməsini tövsiyə edir”

Soltan Məmmədov

© APA | Soltan Məmmədov

# 30 noyabr 2021 13:09 (UTC +04:00)

“Bu gün narkotikdən istifadə edənlərin çox hissəsi bir çox xəstəliklərin daşıyıcılarıdır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrində bu gün keçirilən “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda dinləmədə deputat Soltan Məmmədov deyib.

O bildirib ki, bu gün QİÇS və hepatit xəstələrinin 60-70 % narkotik istifadəçiləri və daşıyıcılarıdır: “Onların ailə üzvləri də bu xəstəlikdən artıq əziyyət çəkirlər. Bu gün narkomanlar arasında əvəzedici preparatlar istifadə edilir. ÜST metadon preparatının istifadəsinin genişləndirilməsini tövsiyə edir. Azərbaycanda isə sadəcə 3 mərkəzdə bu preparatdan istifadə edilir. Bu gün bu xəstəliyin qarşısının alınması üçün işlərə baxılmalıdır. Metadon preparatının təsirləri barədə ictimaiyyətdə məlumatlar azdır”.

Deputat eyni zamanda gənclərin asudə vaxtlarını keçirmək üçün alternativlər barədə məlumatların da az olduğuna diqqət çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR