Sosial ödənişlər üzrə əhaliyə ödənilən vəsait artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

© APA | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

# 16 may 2021 11:55 (UTC +04:00)

2021-ci ilin yanvar-aprel aylarında da pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən həmin dövrdə qeyd olunan istiqamətlər üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 6,0% və ya 113,9 milyon manat çox olmaqla 2 milyard 25 milyon manat vəsait ödənilib. Bu sosial ödənişlər ümumilikdə 2 milyon 350 min şəxsi əhatə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR