Sumqayıtda karantin qaydalarını pozan repetitor aşkarlanıb - VİDEO

Sumqayıtda karantin qaydalarını pozan repetitor

© APA | Sumqayıtda karantin qaydalarını pozan repetitor

# 08 sentyabr 2021 11:58 (UTC +04:00)

Sumqayıtda repetitor fəaliyyəti ilə məşğul olan şəhər sakini Raqif Mərdanovun karantin qaydalarını pozması halı aşkar edilib.

Sumqayıt şəhər Polis İdarəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, həmin şəxsin şəhərin 1-ci mikrorayonunda 1 otaqlı mənzil kirayə götürərək repetitor fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib. Mənzilə keçirilən baxış zamanı R. Mərdanovun 28 nəfər şagirdlə bir otaqda dərs keçməsi məlum olub.

Polis əməkdaşları tərəfindən R. Mərdanovun törətdiyi qanunazidd hərəkətin qarşısı alınıb, valideynlərə övladlarının səhhəti ilə bağlı münasibətdə məsuliyyətli olmaq, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirmək barədə xəbərdarlıq edilib.

R. Mərdanov barədə Sumqayıt şəhər Polis İdarəsində qanunamüvafiq tədbir görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR