Sumqayıtda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri aşkarlanıb

Sumqayıtda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri aşkarlanıb
# 17 noyabr 2021 14:36 (UTC +04:00)

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, 3-cü mkr. ərazisində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı yerlərində reydlər keçirib.

AQTA-dan APA-ya verilən məlumata görə, reydlər zamanı heyvan kəsimi və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkar edilib. Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR