Suqovuşan su anbarına media-tur təşkil olunub

Suqovuşan su anbarına media-tur təşkil olunub
# 03 iyun 2021 07:37 (UTC +04:00)

"Meliorasiya və su təsərrüfatı" ASC Azərbaycanın işğaldan azad olunmuş Tərtər rayonunun Suqovuşan kəndi ərazisində, Tərtər çay üzərində yerləşən Suqovuşan su anbarına media-tur təşkil edib.

APA xəbər verir ki, media-turun əsas məqsədi media nümayəndələrini Suqovuşan su anbarının hazırkı vəziyyəti ilə daha yaxından tanış etməkdir.

"Meliorasiya və su təsərrüfatı" ASC-nin əməkdaşı Dilqəm Şərifov APA-nın media-turda iştirak əməkdaşına bildirib ki, Suqovuşan su anbarı işğaldan azad olunan ən böyük su təsərrüfatı obyektlərindən biridir. Ümumi həcmi 5.86 milyon kub/m olan su anbarı ümumilikdə 96217 hektar torpaq sahələrinin suvarılması nəzərdə tutulub: “Təəssüf ki, 28 il müddətində su anbarı mənfur düşmənlərin işğalı altında qalıb. Bu müddət ərzində Azərbaycan tərəfinə Suqovuşan su anbarından su verilməyib”.

Media-tur zamanı jurnalistlər ermənilər tərəfindən törədilmiş dağıntı ilə də tanış olacaqlar.

Qeyd edək 5 iyun - "Meliorasiya və su təsərrüfatı" ASC əməkdaşlarının peşə bayramı günüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR