Tahir Budaqov: "Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın tranzit potensialı daha da yüksələcək"

tahir Budaqov

© APA | tahir Budaqov

# 04 noyabr 2021 11:38 (UTC +04:00)

"Qarabağın işğaldan azad edilməsi tək ərazi bütövlüyümüzün , tarixi ədalətin bərpası deyil, eyni zamanda Azərbaycan iqtisadiyyatına əlavə gücün qatılması, ölkənin daha sürətli inkişafının təmin etməsinə yönəlmiş prosesdir".

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, açıq dənizə çıxışı olmamasına baxmayaraq Azərbaycan dövlət başçısı İlham Əliyevin çoxşaxəli fəaliyyəti sayəsində logistika mərkəzi və ticarət əlaqələrində önəmli yer tutan ölkə kimi özünü təsdiq edib: “Zəngəzur dəhlizinin açılması ilə ölkəmizin tranzit potensialı daha da yüksələcək. Proses Azərbaycanın bundan sonra daha sürətli inkişafına, regionda, ümumiyyətlə dünyada olan mövqeyinin daha da möhkəmlənməsinə və xalqın rifahına xidmət edəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR